Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ” – “Qarabağ” oyunu təxirə salındı

“Qəbələ” – “Qarabağ” oyunu təxirə salındı

Tarix: 18 Yanvar 2024 17:06

Azərbaycan Premyer Liqasının XXIII turunun "Qəbələ" - "Qarabağ" oyunu təxirə salınıb.

Milli.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, "Qarabağ"ın rəsmi müraciəti və "Qəbələ"nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.

Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq.

Qeyd edək ki, XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Qəbələ Qarabağ oyunu təxirə salındı


RƏYLƏR