Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2024 07:51
Sümüklər canlı toxumalardan ibarətdir. Köhnə sümük toxuması daim yeni sümük toxuması ilə əvəz olunur və yenilənir. 30 yaşdan sonra sümük toxuması daha çox əvəz olunduğundan bir o qədər çox da məhv olur.
Sonxeber.net qafqazinfo.az-a istinadən mövzu ilə bağlı neyrocərrahiyyə mütəxəssisi Kerem Bıkmazın əhəmiyyətli məlumatlarını təqdim edir:
25-30 yaş aralığı sümüyün qorunması üçün çox vacib dövrdür. Çünki bu yaşlar nə qədər sümük kütləsi yaratmağını və yaşlandıqca onu nə qədər tez itirdiyinizi göstərir.
Kifayət qədər kalsium və D vitamini almaq, eyni zamanda müntəzəm məşqlər sümükləri möhkəmləndirir.
Kalsium (CA): Skelet quruluşumuz bədəndəki kalsiumun 99%-ni ehtiva edir. Kalsium ürəyin, sinirlərin və əzələlərin müntəzəm işləməsi üçün lazımdır və əzələ daralmasından qan laxtalanmasına qədər bir çox mühüm mexanizmlər üçün həyati əhəmiyyət kəsb edir.
Süd və süd məhsullarında sümüklərin ehtiyac duyduğu kalsium var.
D vitamini: Bu vitamin bədənin kalsiumu udması üçün lazımdır. Kifayət qədər D vitamini almamaq bədəninizin sümüklərinizdə yığılan kalsiumu istifadə etməsinə səbəb ola bilər.
D vitamininin əsas mənbələri süd, balıq yağı, yumurta sarısı, qaraciyər və qızılbalıq kimi yağlı balıqlardır.
Məşq: Məşq sağlam sümüklər üçün mütləqdir. Xüsusilə, çəki məşqləri (buraya ağırlıq qaldırmaq, qaçış, gəzinti, pilləkən qalxma kimi hərəkətlər daxil ola bilər) sümüklərinizi gücləndirməyə kömək edir.