Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berlində bu küçəyə azərbaycanlının adı verilir

Berlində bu küçəyə azərbaycanlının adı verilir

Tarix: 9 Fevral 2024 13:36

Berlində İran səfirliyinin yerləşdiyi küçəyə zəncanlı hüquq müdafiəçisi, Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədinin adı veriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Aksel Springer Almaniya Fondu məlumat yayıb.

Fondun məlumatına görə, bununla bağlı kampaniya başladılıb və küçənin adının dəyişdirilməsi üçün şəhər rəhbərliyinə müraciət olunub.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Milli.Az


Etiketlər:  Berlində bu küçəyə azərbaycanlının adı verilir


RƏYLƏR