Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 14:30
Bakı. Trend:
Noyabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kürdəmir rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
Trend-in məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Ucar rayonunda, Mətin Kərimli isə Zərdab rayonunda vətəndaşlarla görüşəcəklər.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq noyabrın 26-dək qəbula yazıla bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin