Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salome Zurabişvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Salome Zurabişvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix: 12 Fevral 2024 15:18

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqının firavanlığı istiqamətində yorulmaz fəaliyyətinizdə Sizə səmimi-qəlbdən davamlı uğurlar və qələbələr arzulayıram.

Mən qəti şəkildə inanıram ki, birgə səylərimizlə biz qardaş ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq münasibətlərini, strateji tərəfdaşlığı yeni zirvələrə yüksəldəcəyik. Bu, şübhəsiz ki, həm Gürcüstanın, həm də Azərbaycanın regionda sabitliyin və inkişafın möhkəmləndirilməsində rolunu daha da gücləndirəcəkdir.

Zati-aliləri, Sizə bir daha ən dərin ehtiramımı bildirir, fəaliyyətinizdə davamlı uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh və rifah diləyirəm".

Milli.Az


Etiketlər:  Salome Zurabişvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ