Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2019 02:32
Bakı. Trend:
İsveçrənin Turqau kantonunun mərkəzi olan Frauenfeld şəhərində Azərbaycan ilə bu ölkə arasındakı dostluq əlaqələrinin rəmzi və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar olaraq, Turqau kantonunun prezidenti və ədliyyə nazirinin iştirakı ilə ağacəkmə mərasimi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimdə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova, Turqau kantonu hökumətinin prezidenti Yakob Ştark, həmin kantonun ədliyyə və təhlükəsizlik naziri Kornelia Kompoş, “Stadler Rail Group” şirkətinin rəhbəri və İdarə Heyətinin sədri Peter Şpuler iştirak ediblər.
Səfir Xanım İbrahimova 100 illik tarixə malik olan diplomatiyamızın ötən dövr ərzində böyük uğurlara imza atdığını, bu gün xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin ölkəmizi layiqincə təmsil etdiyini söyləmişdir. Azərbaycan və İsveçrə arasındakı əlaqələrə toxunan səfir hal-hazırda iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlər olduğunu diqqətə çatdırmışdır.
Mərasimdə çıxış edən Turqau kantonunun prezidenti Yakob Ştark bildirmişdir ki, ağacəkmə mərasimi Turqau kantonu ilə Azərbaycan arasında siyasi əlaqələrin güclənməsi üçün rəmzi xarakter daşıyır.
Frauenfeldin əsas Botanika Bağında Azərvaycan üçün ayrılmış ərazidə əkilən cökə ağacı buranın biomüxtəlifliyinə uyğun gəlir rəmzi mənası ilə yanaşı, həm də praktiki əhəmiyyəti var.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin