Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saç tökülməsinin daha bir səbəbi: "Müalicə sıfır təsir göstərəcək"

Saç tökülməsinin daha bir səbəbi:

Tarix: 26 Fevral 2024 07:42

Otoimmün və endokrin xəstəliklər, həmçinin dəmir çatışmazlığı kişilərdə və qadınlarda saç tökülməsinə səbəb ola bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "5-ci Kanal"a trixoloq Natalya Jovtan məlumat verib.

"Saç tökülməsi bədənimizdəki müəyyən şərtləri, o cümlədən qalxanabənzər vəzinin xəstəliklərini göstərə bilər. Çox vaxt qalxanabənzər vəzi hormonlarının vəziyyətində baş verən dəyişikliklər saç follikuluna mənfi təsir edərək saç şaftının incəlməsinə gətirib çıxarır", - deyə həkim izah edib.

"Saç tökülməsinə otoimmün xəstəliklər, qadınlarda yumurtalıqların funksiyasının pozulması, dəmir çatışmazlığı anemiyası kimi müəyyən mikroelementlərin çatışmazlığı da səbəb ola bilər.

Nə qədər ki, mikroelementlərin çatışmazlığı var, alopesiyanın müalicəsi üçün xarici vasitələr sıfır təsir göstərəcək", - Jovtan vurğulayıb.

Bundan əvvəl trixoloq Mareeva deyib ki, sıx və ya hava üçün seçilməyən şapka saç tökülməsinə və dəri problemlərinə səbəb ola bilər.

Milli.Az


Etiketlər:  Saç tökülməsinin daha bir səbəbi Müalicə sıfır təsir göstərəcək


RƏYLƏR