Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentinada yeganə dövlət xəbər agentliyi bağlanır

Argentinada yeganə dövlət xəbər agentliyi bağlanır

Tarix: 2 Mart 2024 10:54

Argentina Prezidenti Xavyer Miley siyasi rəqiblərinin "ideya təbliğatına" görə ölkənin yeganə dövlət xəbər agentliyi olan "Telam"ı bağlayacağını açıqlayıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı parlament sessiyasının açılışında söyləyib.

"Biz son onilliklərdə kirşnerizmin təbliğat agentliyi kimi istifadə edilən "Telam" agentliyini bağlayacağıq", - Argentina Prezidenti vurğulayıb.

Miley daha əvvəl bütün dövlət mediasını özəlləşdirəcəyini bildirmişdi.


Etiketlər:  Argentinada yeganə dövlət xəbər agentliyi bağlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ