Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhriyar Məmmədyarovdan Nicat Abasova dəstək: "Sona qədər inanırıq"

Şəhriyar Məmmədyarovdan Nicat Abasova dəstək:

Tarix: 16 Aprel 2024 11:44

"Nicat gözəl şahmatçıdır".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu fikirlər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məxsusdur.

Kanadada keçirilən İddiaçılar Turnirində Nicat Abasovun sekundant-məşqçisi olan təcrübəli şahmatçı sosial şəbəkə hesabında son turda məğlubiyyətdən sonra təmsilçimizə dəstək nümayiş etdirib.

O bildirib ki, Nicatdan qələbə gözləyir: "Belə turnirdə ölkəmizi təmsil elədiyin üçün sənə böyük təşəkkürlər düşür. Nicat bacardığını edir və bu, gözəldir. Belə turnirdə sənin məğlubiyyətin ağır olur. Biz şahmatsevərlər sənə gözəl mübarizə üçün təşəkkür edirik. Sənə sona qədər inanırıq və səndən gözəl bir qələbə gözləyirik. Sənin yanında olmaq çox xoşdur".

Qeyd edək ki, Nicat Abasov 11 turdan sonra 3 xalla 8-ci pillədə yer alıb.

Milli.Az


Etiketlər:  Şəhriyar Məmmədyarovdan Nicat Abasova dəstək Sona qədər inanırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ