Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

49 yaşlı Əməkdar artistin ölüm səbəbi bilindi - YENİLƏNİB - FOTO

49 yaşlı Əməkdar artistin ölüm səbəbi bilindi - YENİLƏNİB - FOTO

Tarix: 20 Aprel 2024 11:25

Azərbaycanın Əməkdar artisti Yuri Omelçenkonun ölüm səbəbi bəlli olub.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini İlham Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, aktyor bir müddət əvvəl insult keçiribmiş:

"Xəstəxanada müalicə aldı. Vəziyyəti bir qədər yaxşılaşmışdı. Lakin bir neçə gün əvvəl yenidən insult keçirdi. Onu xəstəxananın reanimasiya şöbəsində yerləşdirdilər. Ürəyində də problemləri vardı. Təəssüf ki, onu xilas etmək mümkün olmadı".

---------

10:32

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri Omelçenko vəfat edib.

Qeyd edək ki, Yuri Vladimiroviç Omelçenko Bakıda anadan olub. Bakı Bələdiyyə Teatrında, Gənc Tamaşaçılar Teatrında çalışıb. 1997-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Rusiya istehsalı olan "Dronqo" (2002, rejissor Zinoviy Royzman) serialında çəkilib.

Milli.Az


Etiketlər:  49 yaşlı Əməkdar artistin ölüm səbəbi bilindi YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ