Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zukerberq Maskı geridə qoydu

Zukerberq Maskı geridə qoydu

Tarix: 20 Aprel 2024 12:40

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub.

Son 24 saat ərzində Mark Zukerberqin sərvəti 2,6 milyard dollar artaraq 178 milyard dollara çatıb. Bu, yeni süni intellekt modeli "Llama 3" və "Meta AI" chatbotunun yenilənmiş versiyasının təqdimatı fonunda baş verib.

Bu arada, İlon Maskın sərvəti bir gündə dörd milyard dollar azalaraq 170 milyard dollara düşüb. Belə ki, bir gün əvvəl "Tesla"nın səhmləri ticarətdə 3,6% ucuzlaşıb. Mask BBI reytinqində dördüncü yeri tutub.

Siyahıda birinci yeri isə Fransanın LVMH şirkətinin sahibi Berner Arno tutur. Onun sərvəti 218 milyard dollardır. İkinci yerdə "Amazon"un qurucusu Ceff Bezos gəlir. Onun sərvəti isə 201 milyard dollar qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Zukerberq Maskı geridə qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ