Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2024 22:06
Şimali İraqdakı terror bataqlığını tamamilə quruyana qədər mübarizəmizi davam etdirəcəyik.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonunda İraqa 13 ildən sonra baş tutan səfərini şərh edərkən deyib.
"İraq PKK-nı qadağan olunmuş təşkilat elan edib. PKK-nın terror təşkilatı elan edilməsini gözləyirik. Terror bəlası İraq üçün də böyük təhlükədir. PKK İraq və Suriyada özünə yer tapdıqca özümüzü təhlükəsiz hiss edə bilmərik", - Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, yaxın günlərdə İraq və Suriyadakı əməliyyatlar nəticəsində manevr məkanı daralmış terror təşkilatı zərərsizləşdiriləcək.
Ərdoğan İŞİD-lə mübarizənin də uğurla aparıldığını söyləyib: "İŞİD bəlası Türkiyə üçün olduğu qədər İraq üçün də təhlükədir. Türkiyə Afrikadakı qardaşlarına İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədə ən böyük dəstəyi verən ölkədir".