Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2024 11:00
Xalq artisti Nisə Qasımova açıqlamalarıyla diqqət çəkib.
Sonxeber.net olay-a istinadən bildirir ki, sənətçi "Qapqara" yutub layihəsində kişi dostlarından danışıb.
"Sevgi bərabərliyi yaşayan münasibətlər deyil. Həyatda o qədər platonik sevgilər var imiş ki. Məni kənardan-kənara elə insanlar çox seviblər ki, onlar mənim həyatımda mənim xəbərim olmadan o qədər addımlar atıblar ki. Bunu 25-30 il keçəndən sonra bilmişəm. İnsanların ailələri də, uşaqları da var. Hətta ailələri məni həyat yoldaşlarından daha çox sevirlər. Yeri gəlmişkən, məni kişi dostlarımın xanımları hamısı məni çox sevirlər. Çünki bilirlər ki, mən nə sözümdə, nə gözümdə, nə də nəfsimdə xəyanətkar deyiləm. Yenə elə çıxdı ki, mən özümdən danışıram, özümü tərifləyirəm", - deyə, o, söyləyib.