Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azercell'' ''Erasmus'' Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub

''Azercell'' ''Erasmus'' Tələbə Şəbəkəsinin Cənub-Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub

Tarix: 22 Noyabr 2019 20:12

Bakı. Trend:

Azərbaycanın rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində həyata keçirilən önəmli tədbirlərə hər zaman dəstək olur.

"Azercell"dən Trend-ə verilən məlumata görə, 41 ölkədə 350 min gənci birləşdirən və Avropanın ən böyük tələbə assosiasiyalarından biri olan Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Cənubi-Şərqi Avropa Platformasının noyabr ayının 3-də, ADA Universitetində baş tutan bağlanış mərasimi bu tədbirlər sırasındadır.

10 ölkədən təşrif buyuran 70 iştirakçı ETŞ-nin beynəlxalq bölməsindən olan təlimçilərin keçirdiyi sessiyalara qatılıb. Tədbirin rəqəmsal tərəfdaşı olan Azercell tərəfindən qonaqlara ödənişsiz mobil nömrə və internet paketləri təqdim edilib.

Cənubi-Şərqi Avropa Platforması hər il təşkil olunan beş regional tədbirdən biridir. Bu tədbirdə müvafiq bölgənin yerli bölmələrindən olan ETŞ üzvlərinin görüşü təşkil olunur, üzvlər arasında məlumat və ən yaxşı təcrübə mübadiləsi aparılır, habelə beynəlxalq səviyyədə məlumat əldə edilir.

Azercell ilə yanaşı, "Zeytun Bağları", "Rabitəbank", “Azərbaycan Turizm Bürosu", "Responsible Party" və “AGL” tədbirin sponsorları və tərəfdaşları sırasında yer alıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azercell Erasmus Tələbə Şəbəkəsinin Cənub Şərqi Avropa Platformasının rəqəmsal tərəfdaşı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ