Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2024 12:22
Əmir Teymur Türk dünyasının ən böyük fatehlərindən biri olub. Əmir Teymur, Teymurləng, Topal Teymur və ya Tamerlan - o, tarixin ən çox müzakirə edilən şəxslərindən biridir.
Fəthlərə doymayan komandan və böyük hərb dahisi - Teymurləng əslində kimdir?
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Əmir Teymur hərbi səfərlərinin çoxunu türk, islam ölkələrinə edib. Osmanlı sultanı İldırım Bəyazidlə döyüşərək qardaş orduları bir-birinə qırdırıb. Osmanlını Ankara döyüşündə məğlub etdikdən sonra imperatorluğu 11 il hərc-mərcliyə saldığı, onların Qərblə mübarizəsini ləngitdiyi və bəlkə də, İstanbulun fəthini ən azı 50 il gecikdirdiyi üçün Türkiyə tarixçiləri tərəfindən o qədər də çox sevilmir.
Öz dövründə ruslara böyük problemlər yaradan türk dövləti Qızıl Orda ilə döyüşüb. Onları məğlub etməsindən sonra, bu dövlətin zəifləyib parçalanmasına, rusların güclənməsi və bölgədə yayılmasına səbəb oldu. İsfahan, Bağdad və Sivasda xalqı kütləvi şəkildə qətlə yetirdiyi üçün, Əmir Teymura münasibət türk və islam aləmində birmənalı deyil.
Teymur islamı yaymaq üçün Hindistana səfəri zamanı bir ay ərzində 20 döyüşə girib. Hamısında qalib gələrək, tarixə keçmiş və Hindistanı öz torpaqlarına birləşdirmişdi. Bu döyüşlərdə kafir olduqları və oda sitayiş etdikləri üçün 100 min hindlinin başlarını kəsdirib Qanq çayına atdırmışdı.
Teymur xristian Qərb aləmi üçündə qəddar və dağıdıcı barbar idi. Çünki o xristian cəngavərlərinin məskən saldığı, qalalara sahib olduğu Osmanlı dövləti və Anadolu bəyliklərinin uzun illərdir ala bilmədiyi İzmiri 15 gündə fəth qalaları yerlə yeksan edib. 10 min xristian cəngavərinin başından qüllə düzəldərək İzmiri Anadolu türklərinə hədiyyə etmişdi
Gənclik vaxtında aldığı ox yarasından sağ ayağı axsadığı üçün, farslar onu aşağılayacı ifadə ilə "Teymur Ləng", yəni axsaq Teymur adlandırırdılar. Amma xüsusən Özbəkistan türkləri üçün milli qəhrəman Əmir Teymurdur.
Məşhur amerikalı yazıçı Edqar Allan Poe yazdığı "Tamerlane" şeirində onu taclı quldur adlandırır. Onu insan olduğuna peşman olduğu tanrı kralı kimi təsvir edir.
Fəth etmək istədiyi ölkələrdə əvvəlcə kəşfiyyat və xəritələr əsasında strateji araşdırmalar aparırdı. Ələ keçirdiyi şəhərlərin bəzilərini yandırar, dağıdar və daş üstündə daş qoymazdı. Ordusu əsasən qara tatar, qıpçaq türkləri, xarəzm və monqol oxatanları, türkmən süvariləri və Hindistandan gətirilən fillərdən ibarət idi. Ordusu nizam intizama görə həddindən artıq dözümlə və sürətli idi.
Teymur fəthlərini davam etdirərkən, İldırım Bəyazıd Osmanlı imperatorluğunu sürətlə genişləndirirdi. Teymur şərqdəki ordulara diz çökdürür, İldırım Bəyazıddə Qərbdəki xristian ordularını məhv edirdi. Dünya hər ikisi eyni din və irqdən olan hökmdar üçün dar gəlmişdi. Bu səbəbdən Ankara düzündə Teymurla Bəyazıdın üz-üzə gəlməsi qaçılmaz oldu.
Serb şahzadəsi Olivera Despina Osmanlı İmperatorluğunun 4-cü sultanı I Beyazıdla möhtəşəm bir toyda evləndi. Gözəl şahzadə Serb mənbələrinə görə, adını dəyişib Gülçiçək Xatun adını almasına baxmayaraq, dinini tərk etməyib. O, əri Beyazıta iki gözəl qız verib. Qızların birinin adı Mələk Paşa olduğu məlumdur.
Bəyazid Teymura göndərdiyi məktubların birində yazıb: "Sənin ən sevimli qadınını qullarımdan birinə verəcəm. Böyük danışma, böyük ye!".
Sultanın bu sözləri Teymuru qəzəbləndirdi. 1402-ci ildə Ankara döyüşündən sonra Bəyazıd ələ keçirilərkən, onun yanında həyat yoldaşı Despina da olub. Teymur Beyazıdın dediyi kimi bir şey etməkdən çəkinmədi. Despina yarıçılpaq soyunduruldu, məclisdəkilərə spirtli içkilər paylamağa məcbur edildi. Beyazıd isə həmin vaxt orada - Teymurun çadırında idi. Baş verənləri öz gözləri ilə görmüşdü.
Teymur Çin üzərinə gedərkən 1405-ci il 18 fevral 69 yaşında Otrarda vəfat edir. Cənazəsi Səmərqəndə gətirilərək, çox sevdiyi, varisi elan etdiyi lakin 24 yaşında ölən nəvəsi Məhəmməd soltan üçün tikdirdiyi məqbərədə onun yanında dəfn edilir.