Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo millidən kənarlaşdırıldı - SƏBƏB

Ronaldo millidən kənarlaşdırıldı - SƏBƏB

Tarix: 3 Iyun 2024 10:32

Kriştiano Ronaldo Portuqaliya yığmasının heyətindən çıxarılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Komandanın rəhbərliyi ulduz futbolçuya 1 həftəlik istirahət verib. O, millinin iyunun 4-də Finlandiya ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak etməyəcək. Ronaldo ilə yanaşı, Ruben Neveş də finlərlə görüşü buraxmalı olacaq.

Qeyd edək ki, Portuqaliya yığması AVRO-2024-ün startına kimi daha 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyunun 8-də Xorvatiya, 3 gün sonra isə İrlandiya ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Ronaldo millidən kənarlaşdırıldı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ