Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avro-2024 öncəsi Türkiyə yığmasında ciddi itki

Avro-2024 öncəsi Türkiyə yığmasında ciddi itki

Tarix: 13 Iyun 2024 06:54

Avro-2024-də F qrupunda Portuqaliya, Çexiya və Gürcüstanla mübarizə aparacaq Türkiyə millisinin heyətində ciddi itki üz verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Rəsmi məlumatda bildirilib ki, Milli Futbol Komandasında qapıçı Mert Günok və hücumçu İrfan Can Kahveci bugünkü məşqlərdə iştirak etməyib. Onların ehtiyat tədbiri olaraq məşqə qatılmadığı qeyd edilib.

Yayılan iddialara görə, İrfan Can Kahveci zədəlidir və Milli komandadan uzaqlaşdırılıb.

Milli.Az


Etiketlər:  Avro 2024 öncəsi Türkiyə yığmasında ciddi itki


RƏYLƏR