Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreyada zavodda yanğın - azı 20 nəfər ölüb

Cənubi Koreyada zavodda yanğın - azı 20 nəfər ölüb

Tarix: 24 Iyun 2024 12:52

Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Hvason şəhərində litium batareya zavodunda yanğın olub, ölənlər var.

Milli.Az APA-ya istinadən bildirir ki, yanğın baş verən ərazidən 20-yə yaxın cəsəd tapılıb.

Yanğında itkin düşənlərdən 20 nəfərinin əcnəbi olduğu güman edilir.

Qeyd olunub ki, gündəlik tam və yarım-ştat işçilərin siyahısı bəlli olmadığı üçün ölü sayı dəyişə bilər.

Seuldan 45 kilometr cənubda yerləşən Hvasonda yerləşən litium batareya istehsalçısı "Aricell"in zavodunda yanğın yerli vaxtla səhər saat 10:30 radələrində başlayıb və yanğın saat 15:00-da tam nəzarət altına alınıb. Yanğınsöndürənlər alovun başlanmasından 4 saatdan çox vaxt keçdikdən sonra zavoda daxil olub və cəsədləri aşkar ediblər.

Milli.Az


Etiketlər:  Cənubi Koreyada zavodda yanğın azı nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ