Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhədyanı rayonda yeni məşğulluq layihəsi işə salınıb

Sərhədyanı rayonda yeni məşğulluq layihəsi işə salınıb

Tarix: 26 Noyabr 2019 17:27

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi birgə iş müstəvisində Tərtər rayonunun Hüsənli kəndində yeni məşğulluq layihəsinə başlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində rayonda 23 nəfər suvarma kanallarının təmizlənməsi işlərinə cəlb olunub. Bu da bir tərəfdən kanalların təmizlənməsi ilə əkin sahələrinin suvarılması işinə öz faydasını verməklə, daha bir qrup rayon sakininin məşğulluğuna imkan verib.

Həmin işçilərin əməkhaqqı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sərhədyanı rayonda yeni məşğulluq layihəsi işə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ