Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanını təhdid etdilər: paytaxt hədəf alındı

Səudiyyə Ərəbistanını təhdid etdilər:  paytaxt hədəf alındı

Tarix: 9 Iyul 2024 18:56

Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanındakı böyük hava limanlarının PUA-lar ilə çəkilmiş görüntülərini və koordinatlarını əks etdirən video yayımlayıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, onlar Səudiyyə Ərəbistanının Yəməndəki son addımlarından sonra təhdidlə çıxış ediblər.

Görüntülərin yayımlanması husilərin lideri Əbdülməlik əl-Hutinin Səudiyyə Ərəbistanını təhdid edən çıxışı ilə eyni vaxta təsadüf edib. Yəmən administrasiyası bu yaxınlarda ölkədəki bütün banklara qərargahlarını husilərin nəzarətində olan Ədənə köçürmələri üçün 60 günlük möhlət verib.

Sözügedən addım husilərin və hökumətin idarə etdiyi mərkəzi banklar arasında mübarizənin son halqası kimi şərh edilir.

Xatırladaq ki, husilər uzun müddətdir Səudiyyə Ərəbistanının daxili bölgələrində hücumlar həyata keçirirlər. Bu hücumlarda hava limanları, neft və təbii qaz infrastrukturları hədəfə alınıb.


Etiketlər:  Səudiyyə Ərəbistanını təhdid etdilər paytaxt hədəf alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ