Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 15:15
Bakı. Elçin Mehdiyev - Trend:
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında çıxış edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.
O, deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ciddi müzakirə olunur:
“İnsanlar bu islahatlarıın nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrin verir və bundan sonra da vercək. Bu islahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.
2019-cu il islahatların daha dinamik aparıldığı il hesab etmək olar. 2019-cu ildə hamının məmmunluöuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları paarılıb və insanların məmmunluğğu ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli geniş əhatəli xarakter alıb.
Azərbaycanda istər stuktur sahəsndə, istər kadr sahəində islahatlar həyata keçirilir və bu xətt bundan sonra da davam edəcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu ənaətə gəlib ki, islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu gün YAP-ın Siyasi Şurasında üzvlər islahatların qanunvericilik sahəsinə də gətirilməsinin məqsədə uyğun hesab ediblər. Siyasi Şuranın bütün üzvləri vahid mövqeyə gəliblər və parlamentin də islahatlara cəlb edilməsi həyata keçirilən islahatlara uğur gətirə bilər”.
Ə.Əhmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat korpusu ilə görüş keçirildi: “Deputatlar Siyasi Şuranın qərarına hörmət ifadə edərək parlamentə məktub ünvanlamaq qərarına gəldilər. Məktub yaxın günlərdə parlamentə ünvanlanacaq və hesab edirəm ki, parlamentdə bu qərar yaxın günlərdə baxılacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin