Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO)

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib (FOTO)

Tarix: 7 May 2019 20:16

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir rayonda məcburi köçkünlər üçün inşa olunmuş yeni yaşayış kompleksində təşkil edilib.

Yarmarkada 80 müəssisədən 881 vakant iş yeri təqdim olunub.

Tədbirin açılışında qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri ölkədə məşğulluq imkanlarının artırılması, əmək resurslarının səmərəli məşğulluğunun təminatıdır. Bu siyasətə uyğun olaraq ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən aktiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilir. Məcburi köçkünlərin məşğulluğunun təmin olunması da Xidmətin əsas fəaliyyət istiqamətlərindən biridir.

2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün “İşsizin DOSTu” proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas qruplardan biri olan məcburi köçkünlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarına sahib olmaları sahəsində də işlər davam etdirilir. Cari ilin yanvar-aprel aylarında bu proqrama artıq 1610 nəfər cəlb olunub ki, onlardan 400-ə yaxını məcburi köçkünlərdir.

Hazırda keçirilən əmək yarmarkası da məcburi köçkünlərdən işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinə, onların məşğulluğunun təminatına xidmət edir.

Tədbirdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər də diqqətə çatdırılıb, Abşeron rayonunda məcburi köçkünlər üçün inşa olunmuş yeni yaşayış kompleksində müasir tələblərə uyğun infrastrukturun yaradıldığı vurğulanıb.

Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar. Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ