Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2024 16:10
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev zarafatla Fransa Prezidenti Emmanuel Makronu ölkədən qaçmağa çağırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, D.Medvedev bu barədə özünün "X" hesabında yazıb.
"Makron, Fransadan rədd ol! Durovun ordusu artıq sənin arxanca gəlir" , - D.Medvedev göz yaşları ilə gülüş emojisi əlavə edərək bu cümləni tamamlayıb.
Qeyd edək ki, "Telegram"ın təsisçisi Pavel Durov dünən Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.