Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gün keçdi” filmi ilə bağlı illər sonra sirr açıldı - FOTO

“Gün keçdi” filmi ilə bağlı illər sonra sirr açıldı - FOTO

Tarix: 3 Sentyabr 2024 14:51

Bir çox məşhur filmlərimizin kadrarxasında baş verən maraqlı anlar tamaşaçıların əksəriyyətinə sirr olaraq qalıb. Bəzən hansısa rola bir aktrisa yaxud aktyor çəkilir və ani qərar verilərək dəyişdirilir və onu başqa sənətçi əvəz edir. Bir müddət əvvəl saytımıza açıqlama verən Meral Konrat "Zaur roluna başqa bir rus aktyoru çəkildi. Adı Adel Alha idi. Çəkilişlər bitmişdi. O çəkilib öz ölkəsinə getmişdi. Amma rejissor Rasim Ocaqov həmin aktyordan narazı qalmışdı. Ona görə də o çəkdiyi filmin lentlərini yandırdı və Zaur rolunu Fəxrəddin Manafovla çəkməyə başladıq" deyə bildirmişdi..
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, Aktrisalar, əməkdar artistlər Hicran Nəsirova və Nahidə Orucova da bu mövzuda gileyini gizlətməyənlərdəndirlər.
 
"O qədər filmlərdə sınaq rollara çəkilmişəm ki. Əksəriyyətində at da çapmışam, nizə də tutmuşam. Hətta atdan yıxılıb belimi zədələmişəm də. Amma çəkməyiblər, son anda başqa aktrisanı gətirib həmin rolda çəkiblər" deyə Hicran Nəsirova bildirib. 
 
Nahidə Orucova isə saysız-hesabsız kastinqlərdə iştirak etdiyini bildirib. Amma buna baxmayaraq aktrisanın film həyatı o qədər də ürəkaçan deyil. O da son anda rejissorların onu çəkməkdən imtina etdiyini bildirib. 
" "Gün keçdi" filmi ilə bağlı sirr də illər sonra açılıb. Moderator.az-a açıqlama verən xalq yazıçısı Anar illər sonra etiraf edib.
 
" "Gün keçdi" filmi mənim ssenarim və əsərim əsasında çəkilib. Mən rejissora da dedim ki, fikrimcə Şəfiqə Məmmədova ilə Tofiq Mirzəyev çəkilməlidir. Mən sadəcə belə görürdüm. Rejissor Arif Babayev nədənsə Leyla Şıxlinskaya ilə Həsən Məmmədovu çəkdi. Çox da gözəl alındı. Çəkilişdən sonra Leyla xanımı ürəkdən təbrik etdim. Bu gün həm Şəfiqə Məmmədova ilə, həm də Leyla Şıxlinskaya ilə gözəl münasibətlərim var" deyə o bildirib.

Xalq artisti Leyla Şıxlinskaya isə açıqlamasında mövzu haqda daha geniş danışıb.
 
"Orada bir səhnə çəkilməli idi. 10-cu sinif şagirdi dikdabanda klas-klas oynayır. O səhnə alınmadı. Şəfiqə xanım əlbəttə ki, çox gözəl, gözəgəlimli, çəkici qadın idi. Amma 10-cu sinif şagirdi roluna uyğun gəlmirdi. Hərhalda mən belə düşünürəm. Anar müəllim isə mənim bu filmə çəkilməyimi istəmirdi. Film çəkilib qurtarandan sonra Anar müəllim mənə dedi ki, Leyla, bağışla ki, mən tərəddüd edirdim, amma sağ ol ki, belə film alındı. Yaşım az olduğu üçün bəlkə də belə alındı. Çünki mən orada özümü oynayırdım" deyə aktrisa bildirib.

Milli.Az


Etiketlər:  Gün keçdi filmi ilə bağlı illər sonra sirr açıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ