Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 14:36
"Olimpik"in baş məşqçisi Andre Villaş Boaş "Qızıl top"a namizədlər haqda danışıb.
Qol.az Fransa mətbuatına istinadən xəbr verir ki, 42 yaşlı mütəxəssis mükafat uğrunda mübarizənin Kriştiano Ronaldo və Lionel Messi arasında gedəcəyini deyib: "Bu, mürəkkəb məsələdir. Mən portuqaliyalıyam. Buna görə də əlbəttə ki, Ronaldonu daha çox dəstəkləyirəm. Kriştiano "Yuventus"a keçməklə dünyanın ən yaxşı və ən titullu komandasını – “Real”ı tərk etdi. Belə bir risk qiymətləndirilməlidir. İtaliyada oynamaq və qol vurmaq çətindir. Messi isə komandasında qalır. "Barselona" böyük bir klubdur. Messi fərqlənməyi bacarır. Onlar ikisi də xüsusi oyunçulardır, aralarında seçim etmək çətindir. "Qızıl top" onlar arasındakı rəqabətə çevriləcək".
Qeyd edək ki, "Qızıl top"un qalibi dekabrın 2-i Parisdə keçiriləcək tədbirdə açıqlanacaq.