Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2024 11:24
"Hayduk"un baş məşqçisi Cennaro Qattuzo oyunçulara və heyətə hədiyyələr verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, italiyalı məşqçi hər kəsə yeni "iPhone 16" alıb.
Təxminən 30-35 smartfon sifariş verilib və Qattuzo ümumilikdə 40 min avroya yaxın hesabı ödəyib.
Qeyd edək ki, cümə günü "Hayduk" səfərdə "Dinamo Zaqreb"i məğlub edib. Qattuzonun yetirmələri 1:0 hesabı ilə qalib gəlib, qolu Marko Livaya vurub.