Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2019 09:36
Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir Avro-2020-in püşkatmasını şərh edib.
Qol.az “Euronews”ın saytına istinadən xəbər verir ki, o, deyib: “Bizim məqsədimiz final mərhələsinə düşmək idi. Yaxşı qrupa düşdük. Bakı öz evimiz sayılır. Hər zaman deyirik, bir millət, iki dövlətik. Yaxşı komandamız var. Azərbaycanda oynamaq bizə qürur verəcək. İtaliyanı tariximizdə məğlub edə bilməmişik. Onlar seçmə mərhələdə qrupda 10 oyunun hamısında qalib gəliblər. İtaliyaya ilk məğlubiyyəti yaşatmaq istəyirik. Futbolçularımıza və baş məşqçimizə çox güvənirik. Azərbaycanda öz evimizdəki kimi oynayacağıq. İnşallah, yaxşı nəticə qazanarıq”.
Xatırladaq ki, püşkün nəticəsinə əsasən, Türkiyənin də yer aldığı A qrupunun aşağıda qeyd edilən 3 oyunu Bakıda keçiriləcək.
13 iyun
Uels - İsveçrə
17 iyun
Türkiyə - Uels
21 iyun
İsveçrə - Türkiyə
A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.