Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 09:04
Bakı. Trend:
Azərbaycan karateçiləri Madriddə Karate1 Premyer Liqa turnirlərində mövsümün son mərhələsini 2 medalla başa vurublar.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) ən mötəbər liqasında İrina Zaretska (-68 kq) qızıl, Pənah Abdullayev (-84 kq) isə bürünc medal qazanıb. Nuranə Əliyevanın 3-cü yer uğrunda həlledici görüşdə çıxışı uğursuz alınıb.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. İspaniyada yarışda 89 ölkədən 737 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən, dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanıblar. Azərbaycan hakimləri Cahangir Babayev və Vüqar Kərimov da mötəbər yarışın final görüşlərinə etimad göstərilən referilər arasında yer alıblar.
Karate1 Premyer Liqasının Madrid mərhəlsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılar "Grand Winners" mükafatlarına layiq görülüblər. 2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında məşhur Azərbaycan karateçiləri Rafael Ağayev (-75 kq) və İrina Zaretska (-68 kq) da var. Mükafatın təqdimatı isə 24-26 yanvar 2020-cil ildə Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin