Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2024 02:26
"Təsəvvür edin ki, iki saat yarımdan çox tıxacda qaldıq. Hər hansı bəhanə gətirmək istəmirəm. Belə olmamalı idi".
Sonxeber.net idman.biz-ə istinadən xəbər verir ki, bunu "Tottenhem"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının ilk turunda Londonda keçirilən oyundan əvvəl komandanın tıxacda qalmasının futbolçulara təsir etdiyini bildirib: "Biz stadiona özümüz gəlməli idik. Avtobusu müşayiət etmək üçün polis yox idi. Bu amil oyunçularımıza böyük təsir etdi. Amma bu rəqibimiz uğuruna kölgə salmır. Buraya gələn kimi bizə 40 dəqiqədən sonra oyuna başlamalı olduğumuzu dedilər. Biz lazımi qədər vaxtımız olmadı. Amma belə hallar baş verən hadisələrdir".
Qeyd edək ki, "Qarabağ" Londonda 0:3 hesabı ilə uduzub.