Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2024 21:26
Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsun sülh mövzusunu müzakirə etmək təklifini rədd edib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlama verib.
Berbok vurğulayıb ki, Putin məsələnin sülh yolu ilə nizamlanması üçün həll yolları axtarmaqdan boyun qaçırır:
"O, sülhü qəbul etməkdən imtina edir və hər gün müharibə və dağıntının lehinə növbəti bir siqnal göndərir. Bu günlərdə Almaniya Kansleri ilə telefonla danışmağa belə hazır deyil".
Onu da qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski şəxsi teleqram hesabında Şoltsla görüşdüyünü və sülh planı barədə kansleri məlumatlandırdığını bildirib.