Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öldüyü deyilən aktyor ÜZƏ ÇIXDI - YENİLƏNİB - FOTO

Öldüyü deyilən aktyor ÜZƏ ÇIXDI - YENİLƏNİB - FOTO

Tarix: 26 Oktyabr 2024 17:10

Dünən ölüm xəbəri yayılan aktyor Ruslan Bəşirli üzə çıxıb.

Sonxeber.net bildirir ki, sosial şəbəkə hesablarında paylaşım edib.

O, hər şeyi ətraflı danışacağını bildirib:

"Dostlar, sağ və salamatam. Nəhayət telefonum özümdədir! Dünəndən bəri ailəm, doğmalarım, kolleqalarım, yaxınlarım təlaş içindədirlər, dostlarım, qohumlarım bizə axışır zəng çatmadığına görə. Telefonu götürən kimi dəhşətə gəldim. Bu qədər zənglər, mesajlar. Yaşadıqlarımın əsəb, gərginlik və stresini keçirirəm hazırda. Ətraflı danışacam, hamıya cavab verəcəm".

--------------

2024.10.25

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə aktyor Ruslan Sabirlinin ölüm xəbəri yayılıb.

Sonxeber.net bildirir ki, Ruslan Sabirlinin qohumları ilə əlaqə saxlanılıb. Onlar bildirib ki, aktyor sağdır, özü ətraflı məlumat verəcək.

-------

17:53

Sosial şəbəkələrdə aktyor Ruslan Sabirlinin ölüm xəbəri yayılıb.

Bu barədə onun şəxsi "Instagram" hesabında məlumat paylaşılıb.

Paylaşımda "Sevimli aktyorumuz, Allah rəhmət eləsin" sözləri qeyd olunub.

Məsələ ilə bağlı BakuPlus.az-ın əməkdaşı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə  (TƏBİB) sorğu ünvanlayıb.

Bildirilib ki, aktyor Ruslan Sabirlinin ölümü ilə bağlı araşdırma aparılıb:

"Aktyor ilə bağlı bizə müraciət daxil olmayıb".

-------

14:58

Aktyor Ruslan Sabirlinin ölüm xəbəri yayılıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu haqda onun sosial şəbəkə hesabında paylaşılıb.

"Sevimli aktyorumuz, Allah rəhmət eləsin. Ruslan Sabirli" deyə, sənətçinin İnstaqram hesabının hekayə bölümündə yazılıb.


Etiketlər:  Öldüyü deyilən aktyor ÜZƏ ÇIXDI YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ