Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO)

YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO)

Tarix: 4 Dekabr 2019 17:57

Bakı. Trend:

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək ab-hava ilə başlayan Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Trend-in məlumatına görə, kampaniya çərçivəsində partiyanı təmsil edən namizədlərlə seçicilərin görüşü keçirilib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, millət vəkili Pərvin Kərimzadə, idarə, müəssisə və təşkilat rəhbərləri, YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin üzvləri, Bələdiyyə seçkilərində iştirak edən namizədlər, partiya fəalları və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş 43 nəfər tədbir iştirakçılarına təqdim edilib.

Millət vəkili Naqif Həmzəyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və ümummilli inkişafımızda əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, ümumxalq dəstəyi və etimadı qazanan hakim partiya 23 dekabr bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə gedir. İnanırıq ki, həmişə olduğu kimi bu Bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.

Tədbir Gəncə Musiqi Kolleci tələbələrinin könserti ilə davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO) YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını davam etdirir (FOTO)


Etiketlər:  Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərinin təbliğat təşviqat kampaniyasını davam etdirir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ