Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəmi 3 sualla Alsheymer xəstəliyini aşkar et

Cəmi 3 sualla Alsheymer xəstəliyini aşkar et

Tarix: 26 Noyabr 2024 08:33

Yapon alimləri ən ciddi beyin xəstəliklərindən olan Alsheymerin aşkarlanması üçün diaqnostikada kömək olan 3 sualı təyin ediblər.

Sonxeber.net "Medicina"ya istinadən xəbər verir ki, koqnitiv düşüyün başlandığını xəstəyə bu sualları verməklə təxmin etmək olar:

1. İnsan səbəbsiz təşviş və narahatlıq keçirirmi?
2. Sonuncu dəfə nəyə sevinib?
3. Hansı xəbərlər onun diqqətini cəlb edir?

Bu metod 107 xəstə və 47 sağlam könüllü üzərində sınanıb.

Cavablar alındıqdan sonra beynin skanı edilib.

Məlum olub ki, insanın sevinməməsi, niyə sevinmədiyini ətraflı izah etməsi və gündəlik xəbərlərə marağının olmaması Alsheymer xəstəliyinin ilkin mərhələsinin əlamətləri ola bilər.

Eləcə də uzaq keçmişdə olan hadisə və məlumatların unudulması siqnal hesab edilir.

Alimlərin fikrincə 3 sual metodu birincili diaqnostika üçün vacib ola bilər.


Etiketlər:  Cəmi sualla Alsheymer xəstəliyini aşkar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ