Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2024 17:50
Əməkdar artist Xumar Qədimova saxtakarlıqla üzləşib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bununla bağlı sənətçi instaqram səhifəsində post yayımlayıb.
Qədimova bildirib ki, adından saxta konsert afişaları yayılıb:
"Diqqət! Mənim adımdan konsert postları qarşınıza çıxa bilər. Amma bunlara inanmayın. Əgər haradasa mənim konsertimin olacağı anonsunu görsəniz, bizim özümüzlə əlaqə qurub, bunun gərçək olub-olmadığını dəqiqləşdirib sonra bilet alın".