Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriya müxalifətinin lideri kimdir?

Suriya müxalifətinin lideri kimdir?

Tarix: 1 Dekabr 2024 20:48

Məlum olduğu, Suriyada müxalif "Heyət Təhrir eş-Şam" (HTŞ) qruplaşması yenidən fəallaşıb. Müxalifət qüvvələri Hələb şəhərinə daxil olub. 

Belə bir məqamda Suriya müxalifətinin liderinin kimliyi ilə bağlı suallar yaranır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Heyət Təhrir eş-Şam"ın rəhbəri barədə məlumatları təqdim edir:

Əsl adı Əhməd Hüseyn əl-Şara olan, "Heyət Təhrir eş-Şam" (HTS) lideri Əbu Məhəmməd əl-Qolani (Culani) 1982-ci ildə Ər-Riyadda anadan olub, lakin ailəsi Suriyanın Qolan bölgəsinə gəldiyi üçün Qolani təxəllüsünü istifadə edir. 

1989-cu ildə 7 yaşında ailəsi ilə birlikdə Suriyaya qayıdan Qolani gəncliyini Dəməşqin Mezze məhəlləsində keçirib. O, Dəməşq Universitetinin Media fakültəsində təhsilini yarımçıq qoyub və 2000-ci illərin əvvəllərində İraqda ABŞ qüvvələrinə qarşı müharibəyə qatılıb.

Mosulda ABŞ qüvvələrinə qarşı vuruşduqdan sonra Əbu Musab əl-Zərqavinin rəhbərlik etdiyi İraqdakı Əl-Qaidəyə qoşulub.

2006-cı ildə Amerika qüvvələri tərəfindən tutularaq həbs edilib. O, 5 il Əbu Qreyb, Taci və Bukka həbsxanalarında saxlanılıb. 2011-ci ilin martında azad edilən Qolani vətəndaş müharibəsi başalayarkən az sayda adamı ilə birlikdə Suriyaya qayıdıb.

2012-ci ilin ilk aylarında Nusra Cəbhəsini qurub. 2016-cı ildə qrupu ləğv etdikdən sonra 2017-ci ildə "Heyət Təhrir eş-Şam" təşkilatını yaradıb.


Etiketlər:  Suriya müxalifətinin lideri kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ