Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2024 06:24
Telefonların, planşetlərin, noutbukların və digər elektronika əşyalarının ikinci əl satışı son illərdə həm mağazalarda, həm də onlayn platformalarda böyük marağa səbəb olur.
Bazarda ikinci əl satışı həyata keçirilən məhsullar arasında mobil telefonlar xüsusilə populyardır. Yeniləri ilə müqayisədə qiymət baxımından daha sərfəlidir. Amma işlənmiş cihazların satışı və istifadəsi ilə bağlı fikirlər birmənalı deyil.
Əksəriyyətin ikinci əl elektron əşyaları almaqda məqsədi büdcəyə qənaət etməkdir. Lakin, işlənmiş hər bir elektron əşya tam yoxlanıldıqdan sonra alınmalıdır.
Sim kartlı elektron əşya alarkən onun vizual görünüşündən əlavə , texniki xüsusiyyətləri, batareyası və IMEI kodu da yoxlanılmalıdır.
Əsas məsələ isə belə məhsullara zəmanət verilməməsidir.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: