Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2024 14:56
Qızıl yenidən dünya ticarətində dolların əsas rəqibinə çevrilə bilər.
Sonxeber.net xəbər verir ki, bunu "Rosneft"in rəhbəri İqor Seçin Verona Avrasiya İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Amerika valyutasının sanksiyalar aləti kimi istifadə edilməsi böyük səhvdir. O qeyd edib ki, ticarət heç vaxt dayanmayacaq.
"Dolları sanksiyalar aləti kimi istifadə etmək böyük səhvdir. Alternativlər həmişə olacaq. Dolların əsas rəqibi bəşəriyyətin min illər boyu ödənişlər üçün istifadə etdiyi qızıl olacaq", - Seçin qeyd edib.