Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2025 19:45
19:43
İnsan 25 illik dostu haqqında nə danışa bilər? Bu, heç də az vaxt deyil.
Sonxeber.net xəbər verir ki, bu sözləri aktyor Azər Baxşəliyevin dəfn mərasimi zamanı həmkarı Kənan Mahmudov (Kənan MM) Oxu.az-a açıqlamasında deyib.
"Çox pozitiv insan idi. Həyatımda tanıdığım yeganə insanlardan idi ki, heç vaxt əsəbiləşmirdi. Heç vaxt da kiminsə qəlbini qırmırdı. Azər sakit dayananda belə insan onun üzünə baxıb gülürdü. Bizim üçün ağırdır, amma bu, həyatın qanunudur. Məkanı cənnət olsun, Allah ailəsinə səbr versin. Yanvar ayının 16 və ya 17-si Türkiyədə əməliyyat olunmalı idi. Ölümünün səbəbi böyrək yox, beyninə qansızması oldu. Azər həmişə deyirdi ki, ölümdən düzgün yaşamayan insanlar qorxar. Allah rəhmət eləsin", - Kənan Mahmudov bildirib.
Xatırladaq ki, aktyor Azər Baxşəliyev poliorqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib. O, bu gün vəfat edib.
---------
13:50
Sənət dostları və tanınmış simalar aktyor Azər Baxşəliyevə vida etmək üçün evinə toplaşıb.
Sonxeber.net xəbər verir ki, aparıcı-aktyor Şəhriyar Əbilov mərhum dostundan danışıb:
"Hamımızın başı sağ olsun. Hamımızın dostu idi. Hər zaman fərqli zarafatları var idi, pozitiv idi, bizə dəstək olurdu. Nə vaxt görsə, bir ideya verirdi ki, get, bunu et. Çox gözəl dost idi. Bunu hamımız bilirik. Bu gün də son mənzilə yola salmağa gəlmişik. Ruhu şad olsun. Ailəsinə səbr diləyirik. Sonuncu dəfə bir ay yarım bundan əvvəl danışmışıq. O da instaqramda zarafatlaşmışıq. Çox gülməli zarafatları var idi, bizi güldürürdü. Xatirəmizdə pozitiv, gülərüz, fərqli sarkazmı, kreativ düşüncəsi olan insan kimi qaldı. Elə insanlar şou-biznesdə çox azdır. Hər zaman hər kəsin onun ideyalarına ehtiyacı var idi. Çox şaxəli, fərqli, zəngin düşüncəsi var idi".
Rejissor Kənan MM isə dostu ilə bağlı bunları söyləyib:
"Onun haqqında keçmiş zaman şəkilçisi ilə danışmaq üzücüdür. Sözlərin, cümlələrin bitdiyi yerdir. Dilimiz nə qədər zəngin olsa da, hisslərimi ifadə edə bilmirəm, hər zaman üzümüzü güldürən insan bu dəfə bütün gülüşlərinin qisasını aldı. Xatirəmizdə pozitiv, gülərüz, ölümdən qorxmayan bir insan kimi qaldı. Son müsahibəsini izlədim, deyir ölümdən o insanlar qorxar ki, düzgün yaşamırlar. Adam heç bir zaman əsəbiləşmirdi, aqressiv olmurdu. Bu gün belə həyat tərzi yaşamaq bilirsiniz necə çətindir? Ətrafımız neqtaiv enerji ilə doludur. Ağlıma gəlməzdi ki, nə vaxtsa Azər üçün Allah rəhmət etsin deyərəm. Bayramlarda mesajlaşırdıq. Bizim zarafatlarımız var idi, bir-birimizə köhnə şəkillərimizi göndərirdik. Heyif"./olay.az