Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2025 21:46
Nyu York məhkəməsində ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa hökm oxunub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, hakim Xuan Merçan Trampla bağlı şərtsiz azad etmə qərarı çıxarıb.
Hökmə əsasən Tramp təqsirli olaraq qalacaq, lakin o nə həbs, nə də cərimə olunacaq. Tramp məhkəməyə virtual olaraq qatılıb.
Qeyd edək ki, Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.