Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2025 07:40
İspaniya Superkubokunun qalibi bəlli olub.
Sonxeber.net-ın məlumatına görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş görüşdə "Real Madrid" və "Barselona" qarşılaşıb.
Oyun Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı beşinci dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe açıb. "Barselona"nın cavab qolunu 22-ci dəqiqədə Lamin Yamal vurub. 36-cı dəqiqədə Levandovski Madrid təmsilçisinin qapıçısını məyus edib. "Barselona"nın braziliyalı futbolçusu Rafinya matçda dubla imza atıb. Aleks Balde isə klubunun 5-ci qolunu vurub.
"Kral klubu"nun heyətində isə 60-cı dəqiqədə Rodriqo fərqlənib.
Əlavə edək ki, "Barselona"nın qapıçısı Voyçex Şensnı 57-ci dəqiqədə meydandan qovulub.
Qeyd edək ki, "Barselona" İspaniya Superkubokunu ən çox qazanan klubdur. "Mavi qranatlar" bu mükafata 15, "Real" isə 12 dəfə yiyələnib.