Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var

93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var

Tarix: 20 Yanvar 2025 02:03

93 yaşlı Ruhi Ayaz sağlam həyat sirrlərini bölüşüb. O, balanslı qidalanma, müntəzəm idman və sadə həyat tərzi ilə sağlamlığını qoruyur.

Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, Ruhi Dədə hər gün saat 06:00-da oyanır, 10 qaynadılmış yumurta ilə səhər yeməyi edir və ən azı 1 kilometr piyada gəzir. Mövsümi tərəvəzlərə üstünlük verir və qışda ispanaq, kələm, pırasa, yayda isə daha yüngül qidalar istehlak edir.

O, yeməklərində ölçüyə diqqət yetirir: ət və qatıq 100 qramdan çox olmur. Yeməklərə az miqdarda kolbasa və ya pastram (qurudulmuş ət) əlavə edir. İşləməyin insanı enerjili saxladığını bildirir və 75 yaşına qədər çalışıb.

Axşam saat 19:00-dan sonra yemək yemir, mədənin istirahət etməsinin vacib olduğunu vurğulayır. Sağlam həyat üçün su içməyə və həftədə 10-15 ədəd badam yeməyə diqqət yetirir. Ruhi Ayaz sağlam və uzun ömür üçün sadə, lakin nizamlı həyat tərzini məsləhət görür.


Etiketlər:  yaşlı Ruhi Dədənin sağlam həyat sirri qızıl qaydası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ