Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Məclisdən sonra min hoqqadan çıxdınız, Moskvada adımızı batırdınız”

“Məclisdən sonra min hoqqadan çıxdınız, Moskvada adımızı batırdınız”

Tarix: 23 Yanvar 2025 22:40

Müğənnilər Ülviyyə Namazova ilə Aysun İsmayılovanın qalmaqalına Rəqsanə İsmayılova da qoşulub.

Sonxeber.net xəbər verir ki, Rəqsanə sosial media hesabında açdığı canlı yayımda qəzəblənib.

O, qızı ilə dava edən həmkarına ismarış göndərib:

"Həyatdır hər şey ola bilər, hər şey baş verə bilər. Bu davaları yığışdırın. Bəsdirin, yoxsa ailəsini dağıtdığınız insanların da adlarını çəkərəm. Mən siz deyiləm, maskalanım. Efirdə "ərim" deyib, başqasının ərinin adını çəkim. Mən o deyiləm. Ərin nikahı, kəbini olur. Mən o deyiləm, səhv salmayın. Həyatımda kim olub, kimə salam vermişəmsə, demişəm. İndi də ərim, ailəm var. Oturmuşam ərimin, ailəmin yanında. 20 ilə yaxındır Moskvada yaşayıram, bir köpək oğlu, köpək qızı deyə bilməz ki, Rəqsanənin hansısa səhvi olub. Mənim üçün ailə müqəddəsdir və heç nə ilə əvəz olunmaz, heç nəyə dəyişmək olmaz! Ərə gedirsiniz, subay oğlana gedin də! Niyə camaatın ailəsini dağıdırsınız?! Camaatın ailəsini, balasını ortada qoyursunuz, qarğış götürürsünüz. Yazıq qadınlar qorxularından çıxıb heç nə deyə bilmirlər ki, ailəsini kim dağıdıb. Amma mən bilirəm, sənət dostlarım bilir, jurnalistlər bilirlər. Efirdə bilirsiniz niyə deyə bilmirlər? Çünki onlara reytinq verirsiniz. Danışın da kimin ailəsini dağıtmısınız, kimlərin uşaqlarını ortada qoymusunuz. Bəsdirin də! Bunları danışaq? Özünüzü yığışdırın! Yenə deyirəm, Ülviyyə özünü yığışdır! Sənin üçün o, bu deyiləm. Sənin anana hörmətim var, Allah canını sağ eləsin, başınızın üstündən əskik olmasın. Amma Dilarə Rəqsanə deyil! Özünü yığışdır, söhbəti bağla, mənim uşağımın adını çəkmə! Məni o həddə çatdırma ki, səninlə başqa cür danışım. Nə qədər olar? Ha istəyirsən, susasan, danışmayasan, amma adamı o həddə çatdırırlar. Bunlar bir kənarda dursun, iki günün müğənnilərinə baxırsan ki, kimlərinsə ailəsini dağıdır. Bizim də evimiz yıxılır, bəsdirin də. Bir dəfə efirdə dedim ki, hamıya sponsorluq edən var. Sponsoru olan adamlar çıxdı ki, öz gücümüzə bu yerə çatmışıq. Dastan etdilər ki, Rəqsanə niyə belə deyir? Rəqsanə düz deyirdi, hamınız sponsorun gücünə o yerə çatırsınız. İkinci dəfə gəldiniz pandemiya dövründə üz qarası etdiniz, camaatın içində biabır etdiniz. Məclisə getmək əvəzinə məclisdən sonra min hoqqadan çıxdınız, Moskvada adımızı batırdınız. Onu da düz deyirdim. Onda da camaatın evini yıxdınız. Yəhudilər o qədər ağıllı millətdir ki, sizi ailələrinin içinə bir-iki dəfə buraxırlar. Qadınlar görürlər ki, kiminsə ərini pul xərclətdirməyə aparırsınız. Sizin qanınız budur, düzələn deyilsiniz. Nəinki Ülviyyə, hamınıza aiddir, eşitsəm ki, efirdə mənim, ya da uşağımın adını çəkirsiniz. Sizə efirdən cavab verməyəcəyəm, kənarda necə lazımdırsa, cavabınızı verəcəm. Axırıncı dəfə xəbərdarlıq edirəm, özünüzü yığışdırın. Ülviyyə mənim də, uşağımın da adını çəkmə. Sən mənə barmaq göstərə bilməzsən!". (olay)


Etiketlər:  Məclisdən sonra hoqqadan çıxdınız Moskvada adımızı batırdınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ