Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampdan qadağa - uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatları...

Trampdan qadağa - uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatları...

Tarix: 29 Yanvar 2025 09:00

ABŞ prezidenti Donald Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edən fərman imzalayıb.

Sonxeber.net xəbər verir ki, bu haqda Ağ Evin yaydığı bəyanatda deyilir.

Tramp məsələ ilə bağlı açıqlamasında bu tendensiyanın ABŞ və cəmiyyət üçün təhlükə yaratdığını vurğulayıb.

"Ölkə boyu həkimlər bir sıra geri dönməz tibbi müdaxilələr vasitəsilə cinsini dəyişdirə biləcəkləri bəhanəsi ilə getdikcə daha çox uşağı şikəst edirlər. Buna son qoyulmalıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, fərman 19 yaşına çatmamış xəstələrin əməliyyatları və ya hormon terapiyası üçün dövlət vəsaitindən istifadə edilməsini qadağan edir. /APA


Etiketlər:  Trampdan qadağa uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ