Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyə 1 nömrəli ziyan vuran TƏRƏVƏZ

Ürəyə 1 nömrəli ziyan vuran TƏRƏVƏZ

Tarix: 2 Fevral 2025 14:51

Dietoloqlar populyar bir tərəvəzin ürək sağlamlığına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq ediblər.

Sonxeber.net xəbər verir ki, mütəxəssislərin fikrincə, kartofun həddindən artıq istehlakı ürək-damar sisteminin fəaliyyətinə zərər verə bilər.

Bunun əsas səbəbi kartofun tərkibindəki yüksək nişasta miqdarıdır. Nişasta orqanizmdə sürətlə qlükozaya çevrilir və qan şəkərinin kəskin artmasına səbəb olur. Bu isə öz növbəsində yüksək təzyiq, ateroskleroz və ürək xəstəlikləri riskini artırır. Xüsusilə kartof qızartması və çipslər kimi qızardılmış yeməklər təhlükəlidir, çünki onlar tərkibində çoxlu trans yağlar və duz saxlayır.

Həkimlər kartofun miqdarını nəzarətdə saxlamağı, onu daha çox sobada bişmiş və ya qaynadılmış formada istehlak etməyi tövsiyə edirlər. Bundan əlavə, kartofu lif baxımından zəngin tərəvəzlərlə birlikdə yemək daha sağlam seçimdir.

Düzgün qidalanma - sağlam ürəyin açarıdır! /baku.ws


Etiketlər:  Ürəyə nömrəli ziyan vuran TƏRƏVƏZ


RƏYLƏR