Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlayn satılan konservləşdirilmiş qidalar təhlükəlidir?

Onlayn satılan konservləşdirilmiş qidalar təhlükəlidir?

Tarix: 13 Fevral 2025 02:03

Sosial şəbəkələr həm də satış platformasına çevrilib. Bir çox məhsulların satışı "Instagram", "TikTok" və digər sosial şəbəkələr üzərindən həyata keçirilir.

Satış prosesinə birbaşa nəzarət olmadığından, məhsulun keyfiyyəti də sual altındadır. Xüsusilə bəzi qidalar var ki, tərkibi və saxlanma şəraiti düzgün olmadıqda, ağır fəsadlar verə bilər.

Ev şəraitində hazırlanan məhsullar daha çox qış aylarında istifadə olunur. Bəzi insanlar meyvə və tərəvəzləri təkcə mövsümündə deyil, digər aylarda da istifadə etmək üçün həmin məhsulları məişət şəraitində konservləşdirirlər.

Ekspert Eyyub Hüseynov deyir ki, torpaqla təmasda olan kənd təsərrüfatı məhsullarında təhlükəli bakteriyalar mövcud ola bilər və bu da sağlamlıq üçün təhlükə yaradır. /Xəzər Tv


Etiketlər:  Onlayn satılan konservləşdirilmiş qidalar təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ