Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın ulduzu 12 oyunluq cəzalana bilər - SƏBƏB

''Real''ın ulduzu 12 oyunluq cəzalana bilər - SƏBƏB

Tarix: 16 Fevral 2025 12:02

İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər.

Sonxeber.net  xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə matçda baş hakimi təhqir etməsidir.

İngiltərəli oyunçu 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

La Liqa qaydalarına əsasən, baş hakimi, onun köməkçisini, dördüncü referini, səlahiyyətli şəxsləri təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.

Görüşdən sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellinqem hakimə qarşı təhqiramiz ifadələr işlədilmədiyini söyləyiblər.

Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.  "Report"


Etiketlər:  Realın ulduzu oyunluq cəzalana bilər SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ