Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmazda qəza - ölən və yaralanan var

Xaçmazda qəza - ölən və yaralanan var

Tarix: 16 Fevral 2025 21:38

Xudat-Qusar yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net xəbər verir ki, hərəkətdə olan 26 yaşlı Murad Məlikməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sərnişin Gülnar Hüseynova müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA


Etiketlər:  Xaçmazda qəza ölən yaralanan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ