Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Putinə ona görə təriflər yağdırır ki... - Zelenski

Tramp Putinə ona görə təriflər yağdırır ki... - Zelenski

Tarix: 18 Fevral 2025 17:42

Rusiyanın işğal etdiyi ərazilərdən imtina etməyə hazır deyilik.

Sonxeber.net xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ARD televiziyasına müsahibəsində deyib.

"Gələcəkdə torpaqlarımızı geri qaytaracağıq. Bu gün olmasa belə, sabah olacaq" - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ bu gün Rusiya Prezidenti Vladimir Putinə təriflər yağdırır:

"Putini razı salmağa çalışırlar. Bilirsiniz niyə? Tez görüşüb uğur qazanmaq üçün..."

Qeyd edək ki, bundan əvvəl Zelenski müharibənin başa çatması üçün Rusiya ilə ərazi mübadiləsini istisna etmədiyini demişdi. "Biz bir ərazini digəri ilə dəyişə bilərik. Hələ ki, dəqiq bilmirəm", deyə o "Guardian"a açıqlamasında bildirmişdi.  /Globalinfo.az


Etiketlər:  Tramp Putinə görə təriflər yağdırır Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ