Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2025 18:15
"İnsanlara aqressivləşdim ki, niyə hər kəs hər şeylə maraqlanır? Yaxşı nəsə olanda, insanlar maraqlananda adam incimir. Lakin problemlə maraqlananda, insanlar hücum çəkəndə adam özünü narahat hiss edir. Lakin anladım ki, özüm buna şərait yaratmışam. İlk başda paylaşmışam deyə, artıq insanlar başqa açıqlama gözləyirlər. Əgər başqalarının sənin şəxsi həyatını danışmağını istəmirsənsə, əzəldən bunu danışmamalısan. Ya da uzaqbaşı paylaşırsan ki, evləndim, bitdi".
Sonxeber.net xəbər verir ki, bu sözləri bloger Aynişan Quliyeva "Pərvizə görə" proqramında deyib. O, boşanma ərəfəsində insanların onu tənqid etməsindən danışıb:
"Hər halını paylaşırsansa, məcbur digər halını da paylaşmağını istəyirlər. Yəqin ki, şəxsi həyatımla bağlı xəbərlər çıxan dönəmlər həyatımın ən ağır dönəmlərindən biri idi, istəyirdim, tez bitsin. İndi insanlardan küsmürəm. İçimdə onlara qarşı kin olmayıb, "salam" verməsəm də, onlara qarşı pislik olmayıb, sadəcə küsmüşəm. İndi yaxın bildiklərimlə bəzi şeyləri paylaşıram. Onlardan səhv addım görəndə oturub danışıram. Əvvəl bir insanla küsdümsə, barışa bilmirdim. Elə olub ki, indiyə qədər də danışmamışıq. Son zamanlar altdan almağı öyrənmişəm.
Ev almasından söz açan Aynişan "Ev məsələsində anam dedi ki, mən kömək edim. Dedim, ana, qoy bir işi axıra kimi çatdırım, özümə sübut edim ki, böyümüşəm. Anam da baxır qürurlanır" sözlərini əlavə edib.