Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Siti''də ''Real''la oyun öncəsi ciddi İTKİ

''Mançester Siti''də ''Real''la oyun öncəsi ciddi İTKİ

Tarix: 19 Fevral 2025 10:34

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin qalan 4 matçı keçiriləcək.

Sonxeber.net xəbər verir ki, gecənin ən maraqla gözlənilən oyunu Madriddə baş tutacaq. "Erkən final" adlandırılan görüşdə "Real" "Mançester Siti"ni sınağa çəkəcək.

İlk qarşılaşmada qalib gələn "kral klubu" müəyyən üstünlüyə malik olsa da, bu gecə "Santyaqu Bernabeu"da sürpriz yaşana biləcəyi də istisna deyil. Cavab görüşü ərəfəsində "Mançester Siti"ni ən çox qayğılandıran məsələ ön xətdəki ciddi itkidir. Məsələ burasındadır ki, ingilislərin qol ümidi Erlinq Holland ötən həftə "Nyukasl"la matçda zədə aldığına görə böyük ehtimalla qarşılaşmanı buraxacaq. Hollandın mövqeyində Fil Fodenin oynayacağı gözlənilir.

Çempionlar Liqası, pley-off mərhələsi 

"Borussiya Dortmund" - "Sportinq" (ilk oyun - 3:0)

PSJ - "Brest" (ilk oyun - 3:0)

PSV - "Yuventus" (ilk oyun - 1:2 )

"Real" - "Mançester Siti" (ilk oyun - 3:2)  /Offsideplus.az


Etiketlər:  Mançester Sitidə Realla oyun öncəsi ciddi İTKİ


RƏYLƏR